
OPPO Pad Air 2 planşetinin satış qiymətləri məlum olub
Elm & Texnologiya
22.11.2023
Emil
Bir neçə gün bundan öncə OPPO şirkəti OPPO Pad Air 2 planşetinin təqdimatını anons etdi. Sözügedən planşet artıq sabah OPPO Reno 11 smartfon seriyası ilə birgə təqdim olunacaq. İndi isə OPPO Pad Air 2-nin satış qiyməti məlum olub. Belə ki, sözügedən planşet Çinin China Telecom adlı mobil operatorunun saytında ortaya çıxıb. Mobil operatorun saytındakı məlumata əsasən OPPO Pad Air 2 planşeti bazara 6/8 GB RAM və 128/256 GB daxili yaddaş versiyalarında satışa çıxacaq. Məlumatda qeyd edilib ki, 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 183$-a, 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 211$-a, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 239$-a satılacaq.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
