
OPPO Pad Air 2 planşetinin təqdimatı anons edilib
Texnologiya
16.11.2023
Emil Noisy
Artıq məlumdur ki, OPPO şirkəti 23 noyabr tarixində Reno 11 smartfon seriyasını təqdim edəcək. Lakin indi şirkət həmin gün üçün daha bir cihazının təqdimatını anons edib. Söhbət, OPPO Pad Air 2 planşetindən gedir. Şirkət hətta Çinin Weibo sosial şəbəkəsindəki hesabında planşetin təqdimat posterini təqdim edib. Təqdim edilmiş posterdən də görmək olar ki, OPPO Pad Air 2 planşeti xarici görünüşcə OnePlus Pad Go-ya bənzəyəcək. OPPO Pad Air 2-nin MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacağı və 8000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.

Linki kopyala
Həftənin xəbərləri

