Logo
    main-post-cover

    OPPO Watch 4 Pro smart saatının bəzi texniki göstəriciləri məlum olub

        Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən OPPO şirkəti yeni flaqman smart saat seriyasını təqdim etməyə hazırlaşır. Söhbət, OPPO Watch 4 smart saat seriyasından gedir. Bu seriyaya adi OPPO Watch 4 ilə yanaşı həmçinin OPPO Watch 4 Pro da daxil olmalıdır. İnsayder isə öz növbəsində smart saatın Pro versiyası barəsində bəzi məlumatları təqdim edib. Onun sözlərinə əsasən smart saat artıq bu ay ərzində təqdim olunmalıdır.
        İnsayder bildirib ki, OPPO Watch 4 Pro modeli LTPO texnologiyası əsasında hazırlanmış AMOLED ekran ilə təchiz olunacaq və ekranın özü qoruyucu şüşə ilə əhatə olunacaq. Smart saat Snapdragon W5 Gen 1 adlı 4 nanometrlik prosessor vasitəsilə çalışacaq. Üstəlik smart saat özündə 570 mAh enerji tutumlu batareyanı, kontaktsız ödənişlər üçün NFC çipini, eSIM dəstəyini və qandakı oksigen miqdarını ölçən sensoru birləşdirəcək.
    Paylaş
    Bənzər xəbərlər