Logo
    main-post-cover

    OPPO Watch 4 Pro smart saatının təqdimatı anons edilib

        OPPO şirkəti qatlana bilən qapaqlı OPPO Find N3 Flip smartfonunun təqdimatını rəsmi şıəkildə artıq anons etdi. Təqdimat tədbiri 29 avqust tarixində Çində baş tutacaq. Lakin şirkət təkcə smartfonla yetinməyərək həmin tarix üçün daha bir məhsulunun təqdimatını anons edib. Söhbət, şirkətin OPPO Watch 4 Pro adlı smart saatından gedir. Şirkətin təqdim etmiş olduğu posterdən də görmək olar ki, yeni smart saat xarici görünüşcə hal hazırda aktual olan OPPO Watch 3 Pro-ya bənzəyəcək. Son məlumat sızıntılarına əsasən OPPO Watch 4 Pro smart saatı Always-on-Display dəstəkli ekranla təchiz olunacaq və Snapdragon W5 Gen 1 prosessorun vasitəsilə çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər