
OPPO yaxın zamanda yeni premium smart saatlarını təqdim etməlidir
Elm & Texnologiya
07.08.2023
Emil
Keçən ilin avqust ayında OPPO şirkəti OPPO Watch 3 və Watch 3 Pro smart saatlarını təqdim etmişdi. Məntiqlə bu ay şirkətin OPPO Watch 4 və Watch 4 Pro smart saatları təqdim edilməlidir. Lakin indəyənə kimi şirkətin növbəti premium smart saatları barəsində məlumatlar ortaya çıxmayıb. Bu vəziyyəti Digital Chat Station ləqəbli məşhur insayder düzəltmək qərarına gəlib. Onun sözlərinə əsasən şirkət yaxın zamanda öz premium smart saat seriyasının yeni nəslini təqdim edəcək.
İnsayder bildirib ki, OPPO-nun təqdim ediləcək yeni premium smart saatları OPPO Watch 3 modelləri kimi 4 nanometrlik prosessora sahib olacaqlar. Çox güman ki, söhbət, Snapdragon W5 Gen 1 prosessorundan gedir. Bununla yanaşı insayder bildirib ki, yeni smart saatlar özlərində düzbucaqlı LTPO ekranı və eSIM dəstəyini birləşdirəcəklər. Həmçinin smart saatların 570 mAh enerji tutumlu batareya ilə təchiz olunacaqları gözlənilir. OPPO-nun yeni premium smart saatları çox güman ki, bu ayın sonuna kimi təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər