Logo
    main-post-cover

    OPPO yeni planşetini təqdim etməyə hazırlaşır

        OPPO şirkəti 2022-ci ildə öz ilk planşeti OPPO Pad-ı təqdim etmişdi. Daha sonra şirkət OPPO Pad Air OPPO Pad 2 planşet modellərini təqdim etdi. Ortaya çıxmış yeni məlumata əsasən şirkət öz növbəti planşetini təqdim etməyə hazırlaşır. NBTC adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasına əsasən OPPO-nun yeni planşeti OPPO Pad Neo adını əldə edəcək. NBTC məlumatlar bazasında həmçinin qeyd edilib ki, OPPO Pad Neo planşeti LTE dəstəyinə sahib olacaq. Planşet barəsində digər bir məlumat yoxdur. Sadəcə güman etmək olar ki, OPPO Pad Neo planşeti yaxın günlərdə təqdim ediləcək OnePlus Pad Go planşetinin kopyası olacaq.
    Paylaş
    Bənzər xəbərlər