main-post-cover

    OPUS Atlas və OPUS Goldpress - biznesiniz üçün universal cildləmə sistemi

    Elm & Texnologiya
    19.03.2019
    Farid Pardashunas
    Universal cildləmə sistemi OPUS Atlas 300 mono, 300 vərəqə qədər cildləmək və cild üzərində folqa ilə yazmaq üçün ideal həlldir. Bütün proseslər bir avadanlıqda-isti ştamplama cihazı ImagePress istifadə etməklə baş verir.
    OPUS Atlas 300 mono istənilən ofis sənədlərini cildləmək üçün idealdır: mühasibat, texniki, kadr, layihə, hüquqi və s. Müxtəlif çap mərkəzləri və nəşriyyat evlərində sərt materialların cildlənməsində istifadə etmək olar.
    OPUS Goldpress 4+ - folqa ilə isti naxışbasma avadanlığı. Goldpress 4+ istifadə edərək, folqa ilə və ya folqasız isti naxışbasma metodunu istifadə edərək, mətn, loqo və təsvirlərin cild üzərində əks olunması - bütün bunlar xüsusi bacarıq tələb etmir və basıldığı mətnin təqdim olunma qabiliyyəti və dayanıqlığı baxımından əla nəticələr verir.

    Naxışbasmanı istənilən material üzərində etmək olar: kağız, karton, plastik, süni dəri, orijinal dəri, bumvinil, balakron, taxta və s., istənilən mətbəə məhsulunun mətbəədə və ya ofisdə hazırlanması.
    Üzərində mətn, gerb və ya logo çap olunan sənəd cildləri daha unikal və modern görünür, və ən əsası isti naxışbasmanın maya dəyəri aşağı olduğu üçün, bu avadanlığı nəinki böyük tirajlı mətbəələrdə həmçinin istənilən müasir ofislərdə sənədləri korporativə uyğun tərzdə düzəltmək üçün istifadə etmək olar.
    Geniş çeşiddə təqdim olunan əlavə opsiyalar çap funksionallığını artıraraq hər hansı tapşırıqların icrasına imkan yaradır.Naxışbasma üçün hazır klişelərlə yanaşı, rus və ingilis dillərində latun şriftlər istifadə edilə bilər.
    Halal-P şirkəti, Azərbaycanda OPUS avadanlıqlarının rəsmi distribyutorudur və Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət banklar, ofislər, poliqrafiya müəssisələri üçün müxtəlif növ avadanlıq və peşəkər xidmətlər təklif edir. Şirkətin məhsulları və xidmətləri haqqında daha ətraflı məlumatı Facebook və LinkedIn rəsmi səhifələrində və ya (012) 497-10-21 nömrəsinə zəng etməklə də əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər