Logo
    main-post-cover

    Ordumuzun ağır artilleriyası: SMERCH BM-30 dağıdıcı raket qurğuları

    Qarabağda vəziyyət qızışdıqca düşməni kökündən kəsmək üçün hər kəsin gözü ağır artilleriyaya tərəf yönəlir. Qüdrətli Azərbaycan ordusunun hərbi bazasında döyüşə hazır olan digər bir ağır artilleriya qurğusu ilə tanış edirik sizləri. Möhtəşəm SMERCH B-30 raket qurğusu.

    Düşmənin hərbi bazalarını və hərbi əhəmiyyət daşıyan digər tipli böyük hərbi məntəqələrini dağıtmaq üçün TOS1-A bəzən bəs etməyə bilər. Belə anda ağıla gələn ilk artilleriya qurğularından biri SMERCH B-30 raket qurğusudur. 300 mm kalibrli bu dağıdıcı qüvvə 90 km uzaqlıqdaki düşməni belə məhv etmək gücünə malikdir. 38 saniyə ərzində hədəfə 12 raket göndərə bilən bu 43.7 ton ağırlığındaki nəhəng bir dolu çənlə 850 km qət edə bilir. Smerch B-30 12 silindirli dizel mühərrikindən güc alır və bu mühərrik 525 at gücü hasil edir.

    6 ədəd Smerch yayılım atəşi ilə tam bir diviziyanı və hətta kiçik bir şəhəri belə məhv etmək mümkündür. Yüksək manevr qabiliyyəti, dözümlülüyü və ən əsası da dəqiqliyi ilə seçilən bu dəhşətli döyüş maşınının qiyməti 12 milyon dollardır və ordumuzda bu cihazdan 30 ədəd mövcuddur.

     
    Paylaş
    Bənzər xəbərlər