
Ordumuzun hal-hazırda düşmənə qarşı istifadə etdiyi TOS-1A Alovsaçan tankı necə çalışır?
Elm & Texnologiya
07.05.2017
Farid
Hal-hazırda cəbhə xəttində vəziyyət gərgin olsa da ordumuz düşmən qüvvələrinə qan uddurmaqda davam edir. Hərbi qüvvələrimiz düşmənə layiqli cavabı verdiyi bu saatlarda biz də Technote olaraq məsələnin texniki cəhətinə nəzər salıb ordumuzun hal-hazırda düşmənə qarşı istifadə etdiyi ən güclü hərbi vasitələrdən biri, TOS-1A alovsaçan tankından danışırıq.
TOS1-A Alovsaçan tankı 1980-ci illərdə istifadə də olan TOS1-in inkişaf etdirilmiş versiyasıdır. 2001-ci ildən bəri isteshal edilən TOS1-A-dan Rusiya ordusunda 15 Azərbaycan ordusunda isə 18 ədəd mövcuddur. 24 raket borusu olan və 220 mm kalibrli raketlərdən istifadə edən Alovsaçanın əsas məqsədi düşmənin zirehli nəqliyyat vasitələrini və piyadalarını məhv etməkdir.
TOS-1A kabinində komandir daxil olmaqla üç nəfərə yer var. Alovsaçan məşhur T-72A tankının şassisində hazırlanıb və 840 at gücü hasil etmək bacarığına malik V-84MS dizel mühərrikindən güc alır. Bu tank 6KM uzaqlıqdaki hədəflərə 90 saniyə ərzində 24 raket göndərə bilir. 45 ton ağırlığı olan TOS1-A raketatan qurğunun arxasında isə hərəsində 12 ədəd olmaqla iki ədəd əlavə raket podları yerləşdirilib.
Paylaş
Bənzər xəbərlər