main-post-cover

    Orta büdcəli Huawei nova 4e smartfonu təqdim olundu

    Elm & Texnologiya
    14.03.2019
    Farid Pardashunas
        Huawei şirkəti Pekində özünün orta büdcəli smartfon modeli olan nova 4e-ni təqdim edib. Qeyd etmək lazımdır ki, bu smartfon 26 mart tarixində təqdim ediləcək Huawei P30 Lite modelinin Çin üçün olan versiyasıdır. Beləliklə Huawei nova 4e modeli böyük ölçülü ekran, güclü prosessor, üçlü arxa kamera və oyun rejimi əldə edib. Smartfon Full HD+ keyfiyyətli 6.15 düym IPS ekrana (ekran üzərində damcı formalı çıxıntı hissəli) sahibdir. Ekran həmçinin TUV Rheinland sertifikatını da əldə edib. Bu sertifikat isə istifadəçi gözlərinin zərərli göy şüalanmadan qorunma zəmanətini verir.

        Əsas texniki göstəricilər baxımından smartfon Kirin 710 prosessoru (GPU Turbo 2.0 dəstəkli), 4/6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 24 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma özəllikli 3340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa panelində barmaq izi skanı da yerləşir. Buna baxmayaraq nova 4e modeli əlavə olaraq Face Unlock tenxologiyasını dəstəkləyir.

        Smartfonun arxa kameraları süni zəka texnologiyasını dəstəkləyirlər. Buna görə də süni zəka alqoritmləri çəkilmiş fotoların keyfiyyətlərini avtomatik olaraq yaxşılaşdırır. Huawei nova 4e modeli USB Type-C girişini və 3.5 mm-lik audiogirişi özündə birləşdirir. Smartfon EMUI 9 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə smartfon 28 mart tarixindən Çində satışa çıxacaq. 4 GB RAM-a sahib olan versiya 297$-a, 6 GB RAM-a sahib olan versiya isə 342$-a satılacaq. Bir daha qeyd edək ki, bu smartfonun qlobal versiyası olacaq Huawei P30 Lite modeli 26 mart tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər