main-post-cover

    Orta büdcəli LG Q9-un fotosu və texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    09.11.2018
    Farid Pardashunas
        MySmartPrice saytı hələ təqdim olunmamış LG Q9 smartfonunun press render fotosunu və texniki göstərici məlumatlarını paylaşıb. Sayt tərəfindən təqdim olunmuş fotoda LG G7 ThinQ modelinə bənzəyən smartfon əks olunub. Lakin LG G7 ThinQ modelindən fərqli olaraq LG Q9-un aşağı çərçivəsi bir qədər qalındır. Smartfon həmçinin ekran üzərində çıxıntı hissə ilə də təchiz olunub. Həmin çıxıntı hissədə ön kamera, ötürücülər və danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər yerləşəcək.

        Smartfonun sağ kənarında yandırıb/söndürmə düyməsi, sol kənarında isə səsin tənzimlənməsi düymələri yerləşəcəklər. Məlumata əsasən LG Q9 6.1 inç Full HD+ keyfiyyətli ekran, Snapdragon 660 prosessoru, 4 GB RAM və 32/64 GB daxili yaddaş ilə təchiz olunacaq. Smartfonun Android 8.1 Oreo əməliyyat sistemi ilə çalışacağı güman olunur. Təəssüflər olsun ki, smartfonun qiyməti, təqdimat və çıxış tarixləri barəsində heç bir məlumat yoxdur. Çox güman ki, LG Q9 bu ilin sonuna kimi təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər