main-post-cover

    Orta səviyyəli yeni MediaTek Dimensity 8200 prosessoru barəsində məlumatlar verilib

    Elm & Texnologiya
    24.11.2022
    Farid Pardashunas
        Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən artıq təqdim edilmiş Dimensity 9200 prosessorundan sonra MediaTek şirkəti orta səviyyəli yeni prosessorunu təqdim etməyə hazırlaşır. Söhbət, Dimensity 8200 prosessorundan gedir. İnsayder hazırlanan bu yeni prosessor barəsində bəzi məlumatları təqdim edib. Məlumata əsasən yeni prosessor Dimensity 8100-ü əvəz edəcək. İnsayderin sözlərinə əsasən Dimensity 8200 prosessoru “1+3+4” arxitekturası üzrə hazırlanacaq.
        Yəni prosessor özündə 3.1 GHz tezlikdə çalışan bir ədəd Cortex-A78 nüvəsini, 3 GHz tezlikdə çalışan üç ədəd Cortex-A78 nüvəsini və 2 GHz tezlikdə çalışan dörd ədəd Cortex-A55 nüvəsini birləşdirəcək. Məlumatda qeyd edilib ki, Dimensity 8200 prosessoru AnTuTu bençmark saytında 900 000 xal toplayıb. Beləliklə o, Dimensity 8100-dən 11% daha performanslıdır. Məlumatda həmçinin qeyd edilib ki, prosessorun qrafik özəlliklərindən Mali-G610 MC6 qrafik çipi cavabdeh olacaq. Gözləntilərə əsasən Dimensity 8200 prosessorunu əldə edəcək ilk smartfonlardan biri də Redmi K60 olacaq. Prosessorun nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər