main-post-cover

    Ötən ilin icadı Ember Mug texnologiyası termos dövrünü bitirmək üzrədir

    Elm & Texnologiya
    09.04.2018
    Orxan Oguz
        Çay və kofe içməyi sevən hər kəs, istiliyin bu içkilərin dadını müsbət mənada dəyişdiyini bilir. İçkiniz əgər çox istidirsə yandırıcı təsiri olacaq, əgər çox soyuqdursa içməsəniz də olar. Bir hesablamaya görə kofe və çay dəminizin ideal temperaturunun həzzini yaşamaq üçün sadəcə 37 saniyəniz var.
        Mərkəzi Los Angeles-də olan Ember Technologies-in SEO-su və qurucusu Clay Alexander bunun ona heç də məntiqli gəlmədiyini, bu səbəbdən də həll yolu tapdığını qeyd etmişdi.
    Paslanmaz dəmirdən Ember mug!
    Ağ seramika ilə əhatələnmiş Ember Mug içkinizi müəyyən etdiyiniz temperaturda (48-62 C) təxminən 1 saat saxlaya bilir. Ember Mug Ember-in smart içki vasitələri seriyasında istilik nəzarətli termostatdan sonra bazara çıxarılan ikinci məhsuldur. Artıq Ember Mug-ın masalarımızda yer tutmaması üçün heç bir səbəb yoxdur. Ember Mug ötən ilin 9 noyabrında bazara çıxarılıb və Amerikada Starbucks mağazalarında bugünə qədər 4600 ədəddən çox satılıb.
    Linki kopyala