![main-post-cover](https://static.technote.az/media/posts/thumbnail/unreal_engine_5.5.jpeg)
Oyunlar artıq belə görünəcək: Unreal Engine 5.5-dən yeni video yayımlanıb!
Elm & Texnologiya
27.12.2024
Aslan
Unreal Engine 5-in MegaLights xüsusiyyətini nümayiş etdirən yeni bir video yayımlanıb.
MegaLights, Lumen texnologiyası ilə müqayisədə 50%-dək performans artışı təmin etməklə yanaşı, daha yüksək təsvil ölçülərində heyrətamiz görüntü keyfiyyəti təklif edir. MxBenchmarkPC tərəfindən YouTube-da yayımlanan bir video, Quixel-in Dark Ruins texniki demosu vasitəsilə bu yeni texnologiyanın gücünü nümayiş etdirib.
MegaLights, tərtibatçılara eyni anda yüzlərlə dinamik kölgə yaradan işığı idarə etmək imkanı verən və "işıqların Nanite-i" kimi tanınan eksperimental bir xüsusiyyətdir. Bu yenilik, işıqlandırma dizaynında sərbəstlik təmin edərkən yüksək performansı qorumaq baxımından da olduqca effektivdir. Unreal Engine 5.5-in təqdim etdiyi yeniliklər bununla da məhdudlaşmır. Yeni versiya inkişaf etdirilmiş Sequencer vasitəsilə animasiya redaktəsində daha çox çeviklik təmin edir. Bununla yanaşı, MetaHuman Animator sayəsində yalnız səs performansları əsasında yüksək keyfiyyətli üz animasiyaları yaratmaq da mümkün olur.
Paylaş
Ən çox oxunanlar
![Splus.az - Azərbaycanın Əmlak Bazarında Yeni Bir Nəfəs!](https://static.technote.az/media/posts/thumbnail/WhatsApp_Image_2025-01-31_at_11.00.17.jpeg)
Splus.az - Azərbaycanın Əmlak Bazarında Yeni Bir Nəfəs!
![Android-də Dark Theme rejiminin imkanı genişləndirəcək](https://static.technote.az/media/posts/thumbnail/1_ObZQQZJeFB3oOo-hLwpdVQ.jpeg)