main-post-cover

    Özündə naqilsiz qulaqlıqları birləşdirəcək Huawei Watch Buds adlı smart saatın təqdimat tarixi elan edilib

    Elm & Texnologiya
    30.11.2022
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti yeni qeyri-adi smart saat üzərində çalışır. Hazırlanan yeni smart saatın qeyri-adiliyi isə ondan ibarətdir ki, onun gövdəsi daxilində kiçik ölçülü naqilsiz qulaqlıqlar mövcud olacaq. Məlumatda həmçinin qeyd edilmişdi ki, bu cür smart saat Huawei Watch Buds adını əldə edəcək. İndi isə Huawei şirkəti rəsmi şəkildə sözügedən smart saatın təqdimatını anons edib. Beləliklə Huawei Watch Buds smart saatı 2 dekabr tarixində təqdim olunacaq. Smart saatın dizaynını sərgiləyən tizer videosu da təqdim edilib. Qeyd etmək lazımdır ki, 2 dekabr tarixində Huawei həmçinin digər yeni məhsullarını da təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər