Pablo Escobar'ın qardaşı Elon Musk'ı odpüskürən cihaz ideyasının oğurlanmasında günahlandırır

Pablo Escobar'ın qardaşı Elon Musk'ı odpüskürən cihaz ideyasının oğurlanmasında günahlandırır

Texnologiya
16.07.2019 PAYLAŞIM

    Məşhur kolumbiyalı narkobaron Pablo Escobar-ın qardaşı Roberto Escobar SpaceX ilə Tesla şirkətlərinin CEO-su Elon Musk-ı məhkəməyə vermək niyyətindədir. Medilyin kartelinin keçmiş həmtəsisçisinin sözlərinə görə amerikalı milyarder The Boring Company şirkətinin odpüskürən cihazının ideyasını məhz ondan oğurlayıb. Bu barədə Tmz.com saytına istinadən 4pda saytı xəbər verib. Keçən ilin əvvəlində Elon Musk özünün The Boring Company şirkəti çərçivəsində portativ odpüskürən cihazını təqdim etmişdi. Lakin həmin cihazın adı od püskürən deyildi.


    Həmin vaxtda sözügedən cihazdan cəmi 20.000 ədəd istehsal olunmuşdu. Şirkət 4 gün ərzində bütün cihazları sataraq ümumilikdə 4 milyon dollar gəlir əldə etmişdi. Roberto Escobar-ın sözlərinə əsasən Elon Musk onun ideyasını oğurlayıb. Onun sözlərinə əsasən 2017-ci ildə Musk-ın əməkdaşlarından biri Escobar-ları ziyarət edərək onunla portativ odpüskürən cihazının yaradılmasını müzakirə edib. Roberto Escobar-ın dediyinə görə həmin görüşdə ziyarətçilərin qarşısında pulları yandırmağa imkan verən portativ cihazın yaradılmasından söhbət gedirdi. Yarım ildən sonra isə Elon Musk bu cür cihazı təqdim etmişdi. Bunu bilən Roberto Escobar sözün əsl mənasında hirsli vəziyyətdə idi.


    Bir neçə ay bundan öncə Roberto Escobar-ın şirkəti olan Escobar Inc. özünün odpüskürən modelini 500$ qiymətində satışa çıxartdı. Lakin bu cihaz Elon Musk-ın təqdim etmiş olduğu cihaz kimi o qədər də məşhurluq qazanmadı. Cihaza həmçinin qiymətin 250$-a kimi endirilməsi də kömək etmədi. Görünür, bu, Roberto Escobar-ın səbrinin son həddi oldu.

    “Elon biz ikimiz də bilirik ki, sən məndən nə oğurlamısan. Mən bunu 100 milyon dollara unutmağa hazıram. Nağd pullar və ya Tesla səhmləri uyğun variant ola bilər. Mən məhkəmədə qalib gələcəm, siz isə 100 milyon dollar itirəcəksiniz. Bəlkə də məhkəmə yolu ilə mən özümü Tesla şirkətinin yeni general direktoru etdim? Gəlin bu məsələni centlmenlər kimi yoluna qoyaq. Mənə Tesla səhmlərini göndər” - deyə Roberto Escobar The Next Web saytı ilə müsahibəsində bildirib. Elon Musk isə öz Twiitter hesabında qısa bir mesaj yazıb: “Bu, odpüskürən deyil cənab Escobar”.


    Daha sonra Elon Musk qeyd edib ki, o kimdənsə ideya oğurlayıbsa da bu, “Star Wars” filminə parodiya kimi çəkilmiş “Spaceballs” filmi olub. “Mən istəyirəm ki, insanlar da vaxtı ikən mənim və Pablo-nun etdiyi kimi pulları yandıra bilsinlər. Bütün vaxt ərzində mən bəlkə də bir neçə milyard dollar pul yandırmışam. Mən pulları sözün əsl mənasında yandırırdım. Bunun üçün bir çox səbəblər var idi” - deyə Roberto Escobar bildirib. Bu qeyri adi məsələnin nə ilə nəticələnəcəyi hələki bilinmir. Məşhur narkokartelin keçmiş təsisçisi hələki məhkəməyə müraciət etməyə tələsmir. Musk isə görünür, həmin ittihamları ciddiyə almır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


The Office Coworking mərkəzini gəzdik | Ofisdə nələr var?

Biznes ofisləri rubrikamızda bu dəfə The Office-də yaradılan şərait ilə tanış oluruq.


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..