
'Panasonic' şirkəti 'ağıllı' şəhər tikintisinə başlayıb
Elm & Texnologiya
15.01.2018
Emil
“Panasonic” istehlak elektronikası istehsal edən məşhur şirkətlərdən biridir.
Lakin son illərdə şirkət yüksək
texnokloji şəhər dizaynları istiqamətində inkişaf edir. Bu sahədə onun ən böyük
layihəsi 2026-cı ildə sonlanması planlaşdırılan və ABŞ-da tikiləcək “ağıllı” şəhərdir.
Bu layihə “Panasonic” şirkətinin CityNow adlı böyük proqramının bi hissəsidir.
Bu barədə Business Insider saytı xəbər verib. Məlumata əsasən layihə Kolorado
ştatındakı Denver adlı hava limanına yaxın ərazidə reallaşdırılacaq. 162
hektarlıq boş ərazidə artıq pulsuz Wi-Fi qovşağı, işıq diodlu küçə fənərləri,
havanın çirklənməsini ölçən ötürücülər, günəş panelləri və izləmə kameraları
yerləşdirilib.
Elektroenerjinin kəsilməsi halında rayon 72 saat ərzində
avtonom şəkildə var ola biləcək. “Ağıllı” şəhərin funksionallığında əsas rolu
pilotsuz nəqliyyat növləri oynayacaqlar. Artıq yaz fəslində orda pilotsuz
avtobuslar istifadəyə veriləcək. Gələcəkdə ərazinin 24 km-lik şossesində yüksək
texnoloji Road X sistemi quraşdırılacaq. Həmin sistem pilotsuz avtomobillər ilə
məlumat mübadiləsi aparacaq və məsələn avtomobillərə optimal yolu məsləhət görəcək.
Layihənin bu hissəsinin qiyməti 72 milyon dollardır və ABŞ-ın Nəqliyyat
Nazirliyi ilə birlikdə hazırlanır. Yeni texnologiyalar Denver ərazisi sakinlərinin
həyatlarını sadələşdirəcək. Məsələn ağıllı fənərlər enerjinin az miqdarda sərf
olunmasını təmin edəcək və “işıq çirklənməsi”nin qarşısını alacaq. Kolorado
ştatının paytaxtının əhalisi hər il 15.000 insan şəklində artır. Bu cür göstərici
isə yollarda tıxac və əlverişli yaşayış yerlərinin tapılması problemlərini
yaradır. Yeni rayonda olacaq innovasiyalar bu cür problemləri aradan
qaldıracaq. Layihənin uğurlu olacağı halında bu cür şəhərlər ABŞ-ın digər yerlərində
də yaradıla bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
