main-post-cover

    Panasonic şirkəti MeganeX adlı yeni VR eynəyi təqdim edib

    Elm & Texnologiya
    09.01.2022
    Farid Pardashunas
        CES 2022 sərgisi çərçivəsində Panasonic şirkəti MeganeX adlı yeni VR eynəyi təqdim edib. Məlumatda qeyd edilib ki, şirkət sözügedən cihaz üzərində 2020-ci ildən çalışır. Digər VR cihazlardan fərqli olaraq MeganeX öz kompakt ölçüsü və yüngül çəkisi ilə diqqəti cəlb edir. Bunların sayəsində ondan istifadə etmək qat-qat daha sadə olur. Yeni VR eynəyin çəkisi cəmi 250 qramm təşkil edir. Bu isə onun əsas üstünlüklərindən biridir. VR eynək Qualcomm Snapdragon XR1 prosessoru əsasında qurulub. MeganeX-dən ayrıca istifadə etmək mümkün deyil. Belə ki, onu mütləq şəkildə USB girişi vasitəsilə oyun kompüterinə qoşmaq lazımdır. Bununla yanaşı MeganeX istifadəçi başının hərəkətlərinin təyin edilməsi özəlliyini də dəstəkləyir.
        Sözügedən VR eynək SteamVR ilə çalışmaq üçün nəzərdə tutulub və bu platformada olan bütün oyunları və tətbiqləri dəstəkləyir. MeganeX micro-OLED ekranlar ilə təchiz olunub və onlardan hər biri 120 Hz-lik təsvir yenilənməsi rejimində 2560x2560 piksel keyfiyyətli təsviri istifadəçiyə təqdim edir. Hal hazırda Panasonic öz cihazını xüsusi kondisioner sistemi ilə təchiz etməyi planlaşdırır. Həmin sistem sayəsində istifadəçi virtual mühitdə soyuğu və ya istiliyi hiss edə biləcək. VR eynəyin qiyməti barəsində məlumat verilməsə də onun 900$-dan aşağı qiymətə satılacağı güman edilir. MeganeX bu ilin yaz fəslində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər