
"Panasonic" yeni və büdcəli smartfonu P88-i anons etdi
Elm & Texnologiya
07.05.2017
Farid
Yaponiyanın "Panasonic” şirkəti, metal korpuslu və büdcəli smartfon P88 modelini anons etdi.
P88, 5.3 inç HD ekran (Asahi Glass qoruyu şüşə ilə birlikdə),
bilinməyən 4 nüvəli və 1.25 GHz tezlikli prosessor modeli, 2 GB RAM və 16 GB daxili
yaddaş və 2600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon LEDişıqlandırma sistemli 13 MP-lik arxa və 5 MP-lik ön kameraya (o da LED
işıqlandırma sistemli) sahib olacaq. P88, iki SIM kart özəlliyini daşıyacaq və Android 6.0 əməliyyat sistemi vasitəsilə çalışacaq. Cihazın satışa çıxma tarixi
hələki bilinmir. Onun təqribi satış qiyməti isə 135$ civarında olması güman
edilir. Bu cür qiymət, metal korpus və texniki göstəricilər ilə P88, Meizu M5
Note, Xiaomi Redmi 3 və Mi 4C ilə rəqabət apara biləcək.
Paylaş
Bənzər xəbərlər