Logo
    main-post-cover

    Paraşut sistemli iPhone 7! (VİDEO)

    Apple iPhone 7 ilə bağlı olan konseptlər biribirinin ardınca gəlməkdədir. Ötən günlərdə Apple-ın iPhone-la bağlı yeni bir patent alması şirkətin növbəti istehsal edəcəyi telefonlarda sınmanın qarşısın almaq barədə fikrinin olduğunu açıq aydın göstərirdi. Müasir iPhoneların ən böyük problemlərindən biri də məhz telefon yerə düşən zaman tez sınmasıdır. Xüsusilə ekran tez çatlayır və dəyişmək çox bahalı olur. İstifadəçilər təbii ki, bundan narazıdırlar. Bütün bunlara cavab olaraq yeni bir ideya ilə iPhone 7 konsepti təqdim olunub. Beləki, bu konseptdə iPhonelara paraşut sistemi quraşdırılıb. Bəs bu sistem necə işləyir?
    Bu sistemdə iPhone-a inteqrasiya edilmiş karbondioksit var. Telefon yerə sərbəst düşdüyü anda içində yerləşdirilmiş yönlədirmə sistemi sürət və məsafə sensoru vasitəsilə bu vəziyyəti aşkar edir və sistem fəaliyyətə başlayır. Sistem hərəkətə keçən zaman karbondioksit qazı aşağıya doğru püskürməyə başlayır. Bunun nəticəsində iPhone yerə yavaş-yavaş enmiş olur. Bu maraqlı konsept Sonitdac tərəfindən hazırlanıb. Videonu aşağıdan izləyə bilərsiniz:


    Paylaş
    Bənzər xəbərlər