main-post-cover

    Patent sorğusu Motorola RAZR 2019 smartfonunun dizaynını ortaya çıxardı

    Elm & Texnologiya
    21.01.2019
    Farid Pardashunas
        İnternetdə Motorola RAZR 2019 smartfonunun necə görünə biləcəyi barəsində ilk sxematik fotolar yayılıb. Bu barədə 91mobiles saytı xəbər verib. Sözügedən sxematik fotolar şirkətin patent sorğusunda aşkar edilib. Aşkar edilmiş fotolarda əks olunmuş dizaynda 2004-cü ildə satışa çıxmış Motorola RAZR v3 mobil telefonu ilə ortaq məqamlar var. Fotolardan da görmək olar ki, yeni Motorola RAZR modeli, üzərində çıxıntı hissəyə sahib genişformatlı əyilə bilən ekran ilə təchiz olunacaq.

        Cihazın arxa panelində isə barmaq izi skanı tenxologiyası, kamera və əlavə ekran yerləşəcək. Əlavə ekranda çox güman ki, bildirişlər əks olunacaq. Son sızdırılmış məlumatlara əsasən Motorola RAZR 2019 modeli Android əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon 200.000 ədəd şəkildə məhdud sayda satışa çıxacaq və eksklüziv olaraq ABŞ-ın Verizon mobil operatoru tərəfindən satılacaq. Motorola RAZR 2019 modelinin təqdimatı artıq gələn ay baş tuta bilər. Onun güman olunan qiyməti isə 1500$-dır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər