Reklam
Patentlər əsasında Apple elektromobilinin ilk 3D modeli yaradılıb

Patentlər əsasında Apple elektromobilinin ilk 3D modeli yaradılıb

Texnologiya
12.11.2021 PAYLAŞIM

    Vanarama şirkətinin avtomobillər üzrə mütəxəssisləri Apple şirkətinin nəqliyyat məsələsi ilə bağlı patentlərini analiz edərək potensial Apple Car elektromobilinin 3D modelini yaradıblar. Rəsmi patent sənədlərinə istinad edərək mütəxəssislər Apple şirkətinin potensial elektromobilinin xarici və daxili dizaynının necə görünə biləcəyini sərgiləyiblər. Beləliklə Apple Car-ın yaradılmış 3D modeli sözsüz ki, Tesla Cybertruck-dan ilhamlanıb. Yaradılmış 3D modeldəki elektromobil şüşə materialdan hazırlanmış vahid örtüyə sahibdir. Bu cür şüşə örtük US10384519B1 nömrəli patent əsasında yaradılıb. Sözügedən patent şüşə panellərin ayrılmalarına ehtiyac duymadan avtomobil modelinin yaradılmasını təsvir edir.


    Bununla yanaşı 3D modeldə adaptiv qapılar reallaşdırılıb. Elektromobildə Apple şirkətinin brendlərini əhatə edən dizayn özəllikləri mövcuddur. Məsələn onun ön tərəfindən Mac Pro dizaynını xatırladan qəfəs konstruksiyası mövcuddur. Elektromobil hərəkətli qapı tutacaqlarına sahibdir. Elektromobilin salonunda böyük ölçülü sensorlu panel yerləşdirilib və həmin panel salonun ön hissəsini tamamilə əhatə edir. Sözügedən sensorlu panel US20200214148A1 nömrəli patent əsasında hazırlanıb. Məlumat və əyləncə sistemi Apple şirkətinin proqram təminatı əsasında qurulub.

    Siri isə səyahət zamanı sürücünün intellektual köməkçisi rolunda çıxış edir. Sükanın mərkəzində daha bir sensorlu ekran mövcuddur. Məlumatda qeyd edilib ki, Apple şirkətinin əvvəlki patentləri məhsulun yekun xarici görünüşü barəsində çox az məlumatlar verirlər. Lakin Vanarama şirkətinin mütəxəssislərinin hazırladıqları 3D model Apple şirkətinin gələcəkdəki elektromobilinin necə görünə biləcəyini sərgiləyən ilk 3D modeldir. Qeyd etmək lazımdır ki, Apple elektromobil layihəsi barəsində hələ heç bir fikir bildirməyib. Ortaya çıxmış son məlumatlara əsasən şirkət elektromobil istehsalı məsələsində bir sıra avtomobil şirkəti ilə müzakirələr aparır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi öz avtopilot texnologiyasını sərgiləyib (VİDEO)

Xiaomi şirkəti özünün avtomobillər üçün nəzərdə tutulmuş avtopilot sistemi barəsində ilk məlumatları..


Xiaomi Mi Pad 5 Pro planşeti, Watch S1 Pro smart saatı və naqilsiz Buds 4 Pro qu..

Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra smartfonları ilə yanaşı şirkət həmçinin Mi Pad 5 ..


Xiaomi insana bənzər CyberOne adlı robotu təqdim edib (VİDEO)

Xiaomi şirkəti insana bənzər CyberOne adlı robotu təqdim edib.


Samsung Galaxy Watch 5 smart saatları və naqilsiz Buds 2 Pro qulaqlıqları təqdim..

Samsung şirkəti qatlana bilən yeni smartfonları (Galaxy Z Fold 4 və Galaxy Z Flip 4) ilə yanaşı həmç..


Qatlana bilən smartfon, naqilsiz qulaqlıqlar və planşet: Xiaomi 11 avqustda təqd..

Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib.


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..

×