main-post-cover

    Pavel Durov istifadəçiləri bitcoinlə mükafatlandırmağı planlaşdırır

    Elm & Texnologiya
    17.04.2018
    Farid Pardashunas
    Pavel Durov öz Vkontakte hesabında Telegram messencerinin Rusiya Federasiyası ərazisində bloklanmasının ilk günü üzrə hesabatını təqdim edib. Öz hesabatında o, messenceri dəstəkləyən bütün rusiyalı istifadəçilərə öz minnətdarlığını bildirib və qeyd edib ki, hökumət digər şirkətlərin və servislərin işlərində problemlərin yaranacağına baxmayaraq milyonlarla IP ünvanları bloklamağa hazırdır. Belə ki, Telegram-ın bloklanması fonunda həmçinin Viber messenceri, bir çox online mağaza, bank və oyunların çalışmasında problemlər yaranmışdır.
    Pavel Durov isə rəqəmsal müqavimətin dəstəklənməsi ilə məşğul olacaq. Rəqəmsal müqavimət dedikdə hökumət tərəfindən qoyulmuş bloklanmadan kənar keçməyə imkan verən vpn server və proksilər yaradan insanlar nəzərdə tutulur. Pavel Durov bildirib ki, o, həmin insanların mükafatlandırılmasına görə bir neçə milyon dollarından keçməyə hazırdır. Lakin mükafatlandırma bitcoin şəklində olacaq. Yəni Durov qrant məbləğlərini bitcoin şəklində verəcək. Hesabatlarla yanaşı Durov həmçinin qeyd edib ki, Rusiya Federasiyası Telegram bazasının əsas hissəsini tutmur və həmin bazar Telegram komandasının yalnız özəl məqsədləri üçün önəmlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər