
Pavel Durov yenidən Google və Apple şirkətlərini tənqid edib
Elm & Texnologiya
31.08.2021
Emil
Telegram-ın yaradıcısı olan Pavel Durov-un təqdim etmiş olduğu yeni bəyanatda o, böyük texnoloji şirkətləri yenidən tənqid edib. Öz yeni bəyanatında Durov bildirib ki, böyük texnoloji şirkətlərin fəaliyyətləri istifadəçilərin azadlıqlarını məhdudlaşdırırlar. Bundan əlavə olaraq Durov qeyd edib ki, həmin texnoloji şirkətlər smartfonlardan istifadəçilərin izlənməsində istifadə edirlər. Durov əlavə edib ki, son 20 ildə texnologiyaların sürətlə inkişaf etmələrinə baxmayaraq istifadəçilər öz azadlıqlarının bir hissəsini itiriblər.
Onun sözlərinə əsasən desentrəlizə olunmuş interneti və məhdudlaşdırılmayan bank sistemini süni zəka əsaslı izlənmə kameraları əvəz ediblər. ”Günümüzdə Google və Apple şirkətləri bizim smartfonlarımızdakı tətbiqlər ilə məlumatları senzuraya məruz qoyurlar. Visa və MasterCard isə bizim pul ilə əldə edə biləcəyimiz məhsulların və xidmətlərin saylarını məhdudlaşdırırlar. İldən-ilə biz öz həyatımız üzərindəki daha geniş idarəni və hakimiyyəti məsuliyyətsiz şirkət rəhbərlərinə təhvil veririk. Halbu ki, biz onları seçməmişdik” - deyə Durov qeyd edib. Durov əmindir ki, son 10 il ərzində insanlar daha az müstəqil olublar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
