
Pen-Pineapple-Apple-Pen-in müəllifi mahnısının tam versiyasını təqdim edib (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Pen-Pineapple-Apple-Pen mahnısının müəllifi yaponiyalı müğənni Piko Taro öz mahnısının tam versiyasını təqdim edib.
Bir neçə müddət bundan öncə YouTube-a yüklənmiş və qısa müddət
ərzində əsl hit mahnıya çevrilmiş Pen-Pineapple-Apple-Pen qələm, alma, ananas və
daha bir qələmin birləşdirilməsindən bəhs edirdi. Qısa zaman ərzində video
milyonlarla baxış sayı qazanmışdır. İndi isə müğənni Piko Taro mahnının tam
versiyasını təqdim edib. Tam versiyanın ikinci hissəsi də birinci hissəsinə bənzəyir.
Tam versiyalı mahnının YouTube-a 27 Oktyabr tarixində yerləşdirilməsinə
baxmayaraq videonun artıq 5 milyona yaxın baxış sayı var. Qeyd etmək lazımdır
ki, mahnının ilk versiyası Billboard musiqi nəşriyyatının ən yaxşı mahnıları
siyahısına ən qısa bəstə kimi düşərək Ginnesin Rekordlar Kitabına daxil
edilmişdir.
Paylaş
Bənzər xəbərlər