Pentaqon hərbi süni zəkanın yaradılmasına start verib
Elm & Texnologiya
26.07.2018
Farid Pardashunas
Süni zəkanın hərbi ehtiyaclar üçün istifadə olunması sualı
birinci il deyil ki, ciddi müzakirələrdə səsləndirilib. Bu məsələ barəsində
ABŞ-ın hərbi idarəsi də düşünüb. Hələ 2016-cı ildə bu məsələ ilə bağlı
yaradılmış xüsusi komissiya süni zəkanın hərbi sahədə istifadəsi barəsində
düşünürdü. Lakin indi hərbçilər düşüncədən hərəkətə keçiblər. Belə ki, onlar
Birləşmiş süni zəka mərkəzi yaradıblar. Həmin mərkəz güclü hərbi süni zəkanın
yaradılmasında əsas rolu oynayacaq.
Təbii ki, "Terminator" filmindən olan
Skynet-in yaradılmasından hələki söz gedə bilməz. ABŞ-ın Müdafiə Nazirliyi hələki ABŞ Konqressinə Birləşmiş süni zəkanın maliyyələşdirilməsi ilə
bağlı sorğu göndərib. Tələb olunan məbləğ 1.7 milyard dollardır. Bu sahə üzrə
layihələrin reallaşdırılması isə 6 il üçün nəzərədə tutulub.
“Süni zəka sahəsindəki tədqiqatlar gələcəkdə hərbi əməliyyatların keçirilməsini tamamilə dəyişəcək. Hərbçilərə süni zəka üçün yeni yanaşma tərzi lazımdır hansı ki, yeni hərbi məhsulları tez bir zamanda sürətli şəkildə inteqrasiya edə biləcək. Bu isə öz növbəsində müharibənin ənənəvi gedişatını dəyişəcək” – deyə ABŞ-ın müdafiə nazirinin müavini bildirib.
ABŞ-ın hərbi idarəsinin bu cür optimist fikirlərinə
baxmayaraq bir çox insanlar (hətta süni zəka sahəsində çalışan şəxslər də) hərbçiləri
dəstəkləmirlər. Belə ki, bir çox mütəxəssislərin fikrincə insanın qətlə
yetirilib-yetirilməməsinə robot qərar verməməlidir. Lakin ABŞ hökümətinin və
Müdafiə Nazirliyinin bir qədər fərqli düşüncələri var. Onların fikrincə süni zəka
hərbi sahənin gələcəyinin qaçılmaz hissəsi olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)