
Pentaqon-u necə sındırmaq olar?
Elm & Texnologiya
07.05.2017
Farid
Belə çıxır ki, ABŞ-ın Müdafiə naziliyinin kompüterlərini bəzən
sındırmaq tamamilə leqal hal alır. Bu cür hallardan biri kimi "Pentaqonu Sındır”
adlı müsabiqəni gətirmək olar. Bundan əlavə olaraq bu müsabiqədə hətda pul
mükafatı belə verilir. Əslində isə Pentaqon bu müsabiqəni hackerlər üçün əyləncə
xatirinə təşkil etməyib. O hər iki tərəf üçün xeyirli olan məqsədləri güdür. Məsələ
burasındadır ki, uduş məbləği 150.000 dollar olan "Pentaqonu Sındır” adlı
müsabiqə təşkil etmək öz işinə görə milyonlarla dollarlar alan kibertəhlükəsizlik
şirkətlərinə müraciət etməkdən daha ucuz başa gəlir. 18 aprel – 12may tarixləri
arasında keçirilmiş müsabiqədə 1410 hacker iştirak etmişdir. Hackerlər ABŞ-ın
Müdafiə nazirliyinin 5 şəbəkə resursunu (defense.gov, dodlive.mil,
dvidshub.net, myafn.net və dimoc.mil) sındırmalı idilər. Nəticədə 250 iştirakçı
sistemdə 1189 zəif nöqtə aşkarlamışdır. Onlardan 138-i kritik hesab olundu.
Sındırma prosesinə başlayandan ilk zəif nöqtəni aşkar etməyə hackerlər 13 dəqiqə
sərf ediblər. Nəzərə almaq lazımdır ki, iştirakçılardan çoxu məktəblilər idi.
Pentaqon-un direktoru Ashton Carter ümid edir ki, ABŞ-ın Müdafiə nazirliyinin
bu cür təcrübəsindən digər nazirliklər və dövlət orqanları da faydalanacaqlar.
Beləliklə bu sahəyə ayrılan büdcəyə qənaət edərək ixtisaslaşdırılmış şirkətlərin
bahalı xidmətlərindən imtina etmək olar.
Paylaş
Bənzər xəbərlər