main-post-cover

    Performans canavarı Xiaomi Mi 6 və onun əsas göstəriciləri (VİDEO)

    Elm & Texnologiya
    11.12.2017
    Farid Pardashunas
        Çinli istehsalçı, Mi 6 modelinə demək olar ki, son dövrlərin məşhur trendlərini tətbiq etməyi bacarıb. Barmaq izi skanı, 2-li arxa kamera və şüşə materialdan hazırlanmış gövdə telefonu premium seqmentin iştirakçısına çevirir.
    Dizayn
        Telefon ön və arxa hissədən şüşə gövdə ilə əhatə olunub. Kənar çərçivələr isə paslanmaz polad materialdan hazırlanıb. Telefonun ön hissəsində kamera, danışıqları həyata keçirmək üçün səs gücləndirici, sensorlar, aşağı hissədə isə sensor hərəkət düymələri yer alır. Xiaomi bu ilin trendi olan çərçivəsiz ekrandan imtina etməyib və ana menyu düyməsi ön paneldə yerləşdirilib. Ana menyu düyməsi fiziki olaraq yer alır və üzərində barmaq izi sensoru qurlaşdırılıb. Sensor çox sürətli çalışır və asanlıqla barmaq izini qeydiyyata ala bilir. Nəzərə alsaq ki, Xiaomi adətədən çərçivəsiz ekranı Mi Mix modellərində istifadə edir və bu baxımdan Mi 6-nın ənənəvi dizaynda istehsal olunması normaldır. Arxa hissədə iki rəngli fləş və iki kamera yerləşdirilib. Kənar hissələrdə səs artırıb azaltma düymələri, kilid düyməsi, 2 sim kartlı nano sim yuvası, yuxarı hissədə mikrofon ,infrared, aşağı hissədə isə USB Type-c, mikrofon və səsgücləndirci var. Qulaqlıq girişi olmasa da, bağlayıcı vasitəsilə USB type C girişinə qulaqlıq bağlamaq kimi bir imkanımız var. Telefon qara, ağ və göy rənglərində təqdim olunur. Əlavə olaraq qara rəngli modelin bir də seramik örtüklü variantı da mövcuddur. Bu da cızılma və qırılmalara qarşı daha dayanıqlı materialdır. 71.4 faizlik ekran-gövdə nisbətinə sahib telefonun gövdəsi 4D texnologiyasına əsasında hazırlanıb. Yəni telefon bütün tərəflərdən arxaya doğru qövsvari bir şəkildə əyilir. Bu da telefonu əldə tutan zaman rahatlıq hissi yaşadır.
    Ekran
        Ekran 5.15 düyümdür və 1080x1920 ölçülərinə sahibdir. Bu isə o deməkdir ki, hər düyümə 428 PPI düşür. Qoruyucu olaraq isə Gorilla Glass 4 ekranın üzərini örtür. 16 milyon rəng çalarını dəstəkləyən ekranda Xiaomi mütəxəssisləri 2K görüntü keyfiyyətindən istifadə etməyiblər. Telefonun digər rəqiblərinə nisbətən olduqca aşağı qiymət təklif etməsini nəzərə alsaq, bu normaldır. Full HD, IPS LCD ekran günəş altında da parlaqlığını itirmir. 1080p ekran olması isə batareya ömrünü uzun edir. Nəzərə alsaq ki, daha yüksək keyfiyyətli ekranlar batareyanın tez bitməsinə səbəb olur.
    Kamera
        Kamera mövzusunda Mi 6, iPhone 7+ ilə bənzər xüsusiyyətlərə sahibdir. Arxa hissədə yerləşdirilən 2 kameranın hər biri 12MP dəyərə malikdir. Kameralardan biri 1.8 digəri isə 2.6 diaframı olan lensə sahibdir. İki kamera əsasən daha geniş, arxası blur effekti yaradan şəkillərin çəkilməsində işə yarayır. Burada telefon kamerasının, DSLR kamerası effektini verdiyi görürük. Optik yaxnlaşdırma xüsusiyyəti ilə isə çəkim zamanı kameranı yaxınlaşdırdıqda görüntü keyfiyyəti itmir. Video rejimində isə 4K keyfiyyətində 30 saniyə kadr sürətlə video çəkmək olur. Əlavə olaraq arxa kameraların birində optic şəkil sabitləmə funksiya var. Bu xüsusiyyət həm şəkil həm video çəkimlərində titrəmələrin qarşısını alır. Ön kamera isə 8MP-dir və 1080p keyfiyyətində videolar qeydə alır. Telefonun mikrofonlarının video çəkimlərində səs götürmə qabiliyyəti isə yüksəkdir.
    Texniki Xüsusiyyətlər
        Telefon qutudan Android 7.1.1 əməliyyat sistemi ilə çıxır. Araüz olaraq isə Xiaominin məşhur əlavəsi MIUI 8.0 yüklüdür. Performans canavarı adını verdiyimiz Mi 6-da son dövrlərin güclü çipseti olan Snapdragon 835 yerləşdirilib. Və bu çipset 4 ədəd 2.45 GHZ -lik, əlavə olaraq isə 4 ədəd 1.9 GHZ-lik, toplamda 8 Kryo nüvəsindən güc alır. Adreno 540 isə bütün oyunları sizə rahtalıqla oynamağa imkan yaradacaq. 64128 GB daxili yaddaş seçimləri ilə təqdim olunan cihaz, nə az nə çox düz 6 GB-lıq operativ yaddaş olan RAM-a sahibdir. Bu da normal bir kompüter gücünə bərabərdir. Daxili yaddaşı təəssüf ki, micro kart vasitəsilə artıqmaq mümkün deyil. Lakin başlanğıc modelin 64 GB yaddaşa sahib olması bizim firkimizə görə bu telefon üçün yetərlidir. 3350 milli amper saatlıq batareya isə 1080p ekran üçün çox yaxşıdır. Yəni siz bir gün ərzində telefonu aktiv istifadə etsəz, Mi 6 sizi yarı yolda qoymayacaq. Ümumi olaraq dəyərləndirsək, telefon yüksək performans təqdim edir və bu ilin flaqman smartfonlarından geri qalmır. 2 kamera xüsusiyyəti, barmaq izi oxucusu, Snapdragon 835 çipseti və batareya bizim önə çıxardığımız detallar oldu. Mi 6-nın 128 GB daxili yaddaşlı versiyasının Azərbaycanda satış qiyməti 1100 AZN-dir. Telefonu MiMobile.az mağazasından əldə edə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər