
Photoshop-da fotoları səslə editləmək mümkün olacaq (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Mobil cihazlar və kompüterlər üçün foto editləmək üzrə bir çox tətbiqlər mövcuddur.
Onlardan ən məşhuru isə Photoshop-dur. Lakin bu cür tətbiqlərdə
çalışmaq üçün ilk öncə onların imkan və funksiyalarını öncədən öyrənmək
lazımdır. Bu isə bir çoxları üçün çətinlik yaradır. "Adobe” şirkəti bunun rahat
həll üsulunu tapıb. Belə ki, şirkət, fotonun səslə editlənməsinin necə
olacağını təsvir edən video təqdim edib. Videoda, tətbiqin mobil versiyasına
foto editlənməsi üçün səsli assistentin inteqrasiyasını görmək olar. Şirkətin məlumatına
əsasən onun səstanıma sistemi hətta internetə qoşulmadan belə çalışa bilər. Bu
xüsusiyyət isə digər virtual köməkçilər ilə müqayisədə istifadəçiyə böyük
imkanlar yaradır. Belə bir funksiya sayəsində sözügedən tətbiqdə fotonu editləməyi
bacarmayan istifadəçi, səsli assistentə yalnız fotonu necə editləmək istədiyini
bildirəcək. Bu, sözün əsl mənasında faydalı funksiya ola bilər. Belə ki,
istifadəçi, tətbiqdə heç bir digər funksiyaları müşahidə etmədən fotonu editləyə
biləcək. Hal-hazırda bu sadəcə konseptdir. Lakin "Adobe”un gələcəkdə bu
funksiyanı öz məhsullarına inteqrasiya edəcəyi istisna olunmur.
Paylaş
Bənzər xəbərlər