
Pilotsuz avtomobillərin istehsalı ilə məşğul olan Waymo şirkəti 2.25 milyard dollar investisiya aldı
Elm & Texnologiya
03.03.2020
Avtopilot sistemli avtomobillərin istehsalı ilə məşğul olan və Alphabet holdinqinin (Google) strukturuna daxil olan Waymo şirkəti ilk xarici investisiyaların birinci raundunu elan edib. İndiyənə kimi şirkət yalnız Alphabet holdinqi tərəfindən maliyyələşdirilirdi. Bu barədə Vc.ru saytı xəbər verib. Beləliklə yeni investisiya raundu çərçivəsində şirkət 2.25 milyard dollar investisiya əldə edib.
Waymo-ya yeni investisiya raundunda Alphabet də daxil olmaqla Silver Lake, Mubadala Investment Company, Canada Pension Plan Investment Board və digər şirkətlər investisiya yatırıblar. Qeyd etmək lazımdır ki, Waymo 2009-cu ildən bəri avtopilot sistemli avtomobillər üzərində çalışır. Hal hazırda şirkətin parkında 600 avtomobil mövcuddur. 2018-ci ildə şirkət Arizonada Waymo One adlı pilotsuz taksi servisini istifadəyə vermişdi. The Information saytının verdiyi məlumata əsasən biznesin bu istiqaməti hər il 100 minlərlə dollar gəlir gətirir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...