
Pioneerdən Android musiqi player!
Elm & Texnologiya
07.05.2017
Farid
Pioneer XDP-100R adını verdiyi daşına bilən HD playerini tanıtdı. Musiqi çalar olduqca sağlam və dözümlü görünən aliminium korpusla təchiz olunub. Xüsusilə, ağıllı telefonların səs keyfiyyətindən məmnun olmayanlar üçün yaradıldığı deyilən bu məhsul Android əməliyyat sisteminə sahibdir.
4.7 inçlik 720p ekran, 32 GB daxili yaddaş, 2 ədəd 128 GB’lıq microSD’yə dəstək verən slotlar, tək şarjla yüksək keyfiyyətdə 10 saatlıq musiqi dinləyəbilmə və ekstra qoruma üçün üst və altda yer alan tamponlar 12.7×7.62×1.27 sm ölçüsündəki məhsulun bir neçə detalıdır. Həmçinin, FLAC, MQA, ALAC, DSD və bir çox səs formatını dəstəkləyən XPD-100R içərisində prosessor və səs komponentləri üçün iki ayrı karta sahibdir. Beləcə dinləyicinin rəqəmsal gurultulardan təsirlənməməsi təmin olunur.
Məhsulun hələki çıxış tarixi və qiyməti rəsmən açıqlanmayıb. Amma noyabr ayında 700 dollarlıq bir qiymətlə satışa çıxması gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
