main-post-cover

    Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola bilərlər

    Elm & Texnologiya
    09.05.2021
    Emil Nəcəfov
        Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər. Belə ki, məlum olub ki, SpaceX şirkəti müəllif hüquqları məsələsinə çox ciddi yanaşır və istifadəçinin pirat kontent yüklədiyi halda onun internetini deaktiv edə bilər. Bir çox internet provayder dəfələrlə müəllif hüquqları uğrunda aparılan mübarizədən danışır. Əslində bu cür hallar əlavə bahalı təchizatın quraşdırılmasını tələb edirlər. Görünür, SpaceX-in Starlink peyk interneti müəllif hüquqlarını pozan pirat kontentlərin identifikasiyası üçün hər bir şəraitə sahibdir.
        Bu barədə məlumatı Reddit istifadəçilərindən biri verib. Onun sözlərinə əsasən o, Starlink interneti üzərindən bilərəkdən pirat filmlər yükləyib. Nəticədə o, Starlink-dən mesaj əldə edib. Mesajda isə onu müəllif hüquqlarını pozmamağa çağırıblar. Ola bilər ki, əgər istifadəçi bu cür mesaja fikir verməsə və pirat kontentin yüklənməsi ilə məşğul olmağa davam etsə, onun peyk interneti deaktiv olacaq. Bundan əlavə olaraq müəllif hüquqlarını pozmuş şəxsi məhkəmə ittihamı da gözləyə bilər. Maraqlısı ondadır ki, Reddit istifadəçisi pirat kontentləri 2 ay ərzində yükləyib. Lakin Starlink-dən olan mesaj məhz 2 aydan sonra göndərilib. Buna görə də Starlink peyk internetinin bu antipirat həlləri bir qədər şübhə doğururlar.
    Linki kopyala