main-post-cover

    Pixel 2 XL modellərinin ekranları yanmağa başlayıb

    Elm & Texnologiya
    23.10.2017
    Farid Pardashunas
    İnsanlar ilk Pixel 2 XL modellərini əldə etməyə başladıqları bir zamanda sözügedən smartfon haqqında artıq problemlər yaranmağa başlayıb.
    İlk öncə istifadəçilər bu yeni smartfonların ekranlarında parlaq olmayan rənglərdən şikayətlənirdilər. İndi isə daha ciddi problemlər haqqında məlumatlar yayılmağa başladı. Belə ki, istifadəçilər Pixel 2 XL ekranlarının yanmasından şikayətlənirlər. Bir çox istifadəçilər fikir veriblər ki, boz fonda olan ekrana baxan zaman aşağı hissədə olan sensorlu idarəetmə düymələri aydın şəkildə görünmür.

    Smartfon ekranlarının yanması hadisəsi tamamilə yayılan bir özəllikdir. Lakin yeni smartfon modellərinin satışa çıxmasından dərhal sonra bu cür hadisələrin baş verməsi çox təəccübləndirir. Onu da qeyd etmək lazımdır ki, yeni Pixel modellərinin ekranlarını “LG” şirkəti istehsal edib. Jurnalistlər bu barədə “Google” şirkətinə müraciət ediblər. Şirkət isə öz növbəsində bildirib ki, o, hər bir cihazı satışa çıxartmamışdan öncə onu tam şəkildə test edir. Lakin bununla yanaşı o bildirib ki, sözügedən hadisə ilə bağlı istintaq aparacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər