main-post-cover

    Pixel 8 smartfonlarında olacaq Google Tensor G3 prosessoru Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    05.06.2023
    Farid Pardashunas
        Bu il təqdim ediləcək Google Pixel 8 smartfonlarında istifadə ediləcək Tensor G3 prosessorunun bəzi texniki özəlliklərinin ortaya çıxmasında sonra indi də məlum olub ki, o, Geekbench testlərindən keçib. Tensor G2 ilə müqayisədə Tensor G3-ün daha yaxşı texniki imkanlara sahib olacağına baxmayaraq onun Geekbench nəticələrindən belə qənaətə gəlmək olar ki, yeni prosessorda performans yüksəlişi çox kiçik olacaq.
        Təqdim edilmiş screenshot fotoya əsasən Google şirkətinin Tensor G3 prosessoru vasitəsilə çalışan bilinməyən cihazı Geekbench-in bir nüvəli testi çərçivəsində 1186 xal, çox nüvəli testi çərçivəsində isə 3809 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Pixel 7 smartfonlarında istifadə edilən Tensor G2 prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 1050-1350 xal, çox nüvəli testi çərçivəsində isə 3100 xal toplayır. Beləliklə Tensor G3-də performans yüksəlişi cəmi 20% təşkil edir. Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışan digər cihazlar isə Geekbench-in çox nüvəli testi çərçivəsində 5000 xal toplayırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər