
Pizza sifariş etmək üçün xüsusi idman ayaqqabıları təqdim olunub (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Dünyanın 90 ölkəsində fəaliyyət göstərən "Pizza Hut” şirkəti, qeyri-adi idman ayaqqabılarını təqdim edib.
Sözügedən idman ayaqqabısında olan xüsusi düyməyə klik edəndən
sonra pizzanı sizə çatdıracaq şəxs, sizin olduğunuz yeri təyin edəcək və
sifarişi qəbul edəcək. Şirkətin idman ayaqqabıları, GPS, Bluetooth və sifariş
üçün böyük düymə ilə təchiz olunublar. Ayaqqabıdakı düyməyə klik edəndən sonra
sistem sizin yerləşdiyiniz yeri təyin edir və smartfonunuzda olan xüsusi tətbiqə
qoşulur. Həmin tətbiqdə isə sifarişi yerinə yetirmək lazımdır. Sözügedən
ayaqqabılar bir növ aksessuar xarakterini daşıyır. Smartfon olmadan tək
ayaqqabıların vasitəsilə pizza sifariş etmək olmayacaq. Bu ayaqqabılar mağazada
satılmır. İlk öncə onlar limitli partiya ilə (64 cüt) çıxacaq və jurnalistlərə,
bloggerlərə test üçün veriləcək. Gələcəkdə kütləvi istehsal ola bilər. Onların
qiyməti isə hələki bilinmir.
Paylaş
Bənzər xəbərlər