Logo
    main-post-cover

    Planeti bütün minalardan 10 il ərzində təmizləyəcək dron təqdim olunub

    Niderland-dan olan startap Mine Kafon Drone (MKD) adlı yeni dron yaradıb. Yeni dron planetimizi bütün minalardan 10 il ərzində təmizləyə biləcək. Onun işi mina üzrə adi mütəxəssislərin cəlb olunmasından 200 dəfə daha ucuz başa gəlir. Həmçinin o 20 dəfə daha tez işləyir. Əvvəllər hərbi əməliyyatların keçirildiyi ərazilərdə 100 milyonlarla minalar qalıb. Həmin minalar gün ərzində minimum 10 insanın həyatına son qoyur. MKD onları 10 il ərzində deaktiv etmə potensialına sahibdir. Adi mütəxəssislərin köməkliyi ilə bu işi minlərlə il ərzində görmək olar. Dron kamera, robotlaşdırılmış əl və metal detektoru ilə təchiz olunmuş hepsakopter şəklindədir. MKD özü minaların olduğu ərazini aşkar edərək onları GPS vasitəsilə işarələyir. Daha sonra dron metal detektoru yerin səthindən 4 sm hündürlükdə tutaraq təkrar olaraq həmin ərazilərdən keçir. Əgər mina aşkarlanarsa dron onun yaxınlığında partlayıcı qurğu yerləşdirir və təhlükəsiz məsafəyə qədər uzaqlaşaraq minanı partladır. Layihə artıq lazım olan 70.000 avro vəsaitdən 14.000 avronu yığıb. Dronun yığılması üçün minimal komplekt 950 avroya başa gələcək. İnvestorlar şəxsi dronlarını 5000 avroya sifariş edə bilərlər. İrimiqyaslı satışda isə dron 4 dəfə baha satılacaq.

    Paylaş
    Bənzər xəbərlər