Vknansee adlı texnologiya şirkəti Mobile World Congress 2016-da iPhone-un məşhur barmaq izi sensorunun təhlükəsizlik sensorunu aldadıb. Sensorun tanıdığı barmağı bir dəfə plastilinin üzərinə basdıqdan sonra onu iPhone-un sensorunun üzərinə qoyan mühəndislər ekran kilidini açmağı bacarıblar. Vkansee-nin əməkdaşları sadəcə ekranın kilidini açsalar da iPhone-un barmaq izi sensoru ilə elektron kart və digər məxfi məlumatların da kilidi olduğunu nəzərə alsaq narahat olmağa dəyər.
Qeyd edək ki, Vkansee şirkətinin hazırladığı sensor iPhone-da istifadə olunandan fərqli olaraq 500 yox 2000 ppi dəyərində olduğu üçün onu bu yolla aldatmaq mümkün deyil.
Paylaş
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.