
PlayStation 4-də Pornbot şoku
Elm & Texnologiya
16.08.2017
Orxan
PlayStation 4 platformasında
oyunlarını oynayanlar son günlərdə tikan üzərindədir. Çünki cinsi məzmunlu
saytlar tərəfindən yollanan botlar platformanı təhdid edirlər.
İnternet qəribə bir yerdir. Yenə də bir nöqtədən sonra işlərin
daha çox irəliyə getməyəcəyini düşünürsünüz. Gündəlik həyatınız normal bir şəkildə
davam edir. Evə gəlirsiniz, PS4-ü açırsınız və bir mesaj gəlir. O anda işlərin
necə cığırından çıxa biləcəyini başa düşürsünüz.

Pornbot deyilən süni zəkalar əslində web üzərində xeyli məşhur
vəziyyətdədirlər. Amma tamamilə bağlı bir mühit olan konsol oyununa necə girdikləri
indidən maraq mövzusu olmuş vəziyyətdədir. Pornbot-ların konsol oyunçularını ələ
keçirmə istəyi NeoGAF üzərində hadisə yaratdı, yollanan ismarıcların məzmunları
isə hər yerdə paylaşılır.
Tamamilə seks üzərinə
mesajlar atan bu botlar, təbii olaraq yaşı kiçik oyunçulara da eyni şeyləri
göndərdiyi üçün ailələrin diqqətli olması lazımdır.

Bu an xeyli gülməli görünən bu pornbot hadisəsi, gələcəkdə
ciddi problemlərə yol aça bilər. Çünki PlayStation 4-ü hər gün yüz minlərlə
uşaq istifadə edir. Təbii olaraq bir çox ailə də konsolun xüsusiyyətləri və
sistemi haqqında dəqiq bir məlumat sahibi deyildirlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
