
Playstation 4.5 gəlir!
Elm & Texnologiya
07.05.2017
Farid
Playstation 4 ilə satış rəqəmlərinə baxıldığı zaman Xbox One’ın olduqca önündə yer alan Sony, gələn bilgilərə görə üstünlüyü artıracaq yeni konsol ilə qarşımıza çıxmağa hazırlaşır.
Kotaku’da yer alan və bir çox developerin də təsdiqlədiyi xəbərə görə Sony, aktiv olaraq "Playstation 4.5” üzərində işləyir. Playstation 4’dən fərqli olaraq daha güclü qrafikaya sahib olacağı və beləliklə də 4K keyfiyyətdə işləyə biləcəyi deyilən konsol, artan 4K televizor sayını da nəzərə alsaq olduqca uğurlu addımdır.Yaxın zamanda öz virtual gerçəklik başlığı "Playstation VR"’ı satışa çıxarmağa hazırlaşan Sony, bəzi təxminlərə görə bu addımı yeni cihazı üçün atır. Digər tərəfdən də Microsoft’un Xbox One üçün yeniliklər düşünməsi də bu prosesdə əsas faktorlardandır.
Paylaş
Bənzər xəbərlər