
PlayStation 5 haqqında ilk iddialar səslənib!
Elm & Texnologiya
07.05.2017
Farid
PlayStation 4 çıxdıqdan bu yana 2 il keçməsinə baxmayaraq artıq PlayStation 5 haqqında yeni iddialar gəlməyə başlayıb. PlayStation 4 ilə konsol bazarına tək başına hökmranlıq edən Sony yeni konsol haqqında məlumatlar verməsə də, artıq oyun yaradıcıları yeni oyunların yeni texniki xüsusiyyətləri barədə siqnallar verməyə başlayıb. Keçən günlərdə bir tədbirdə Electronic Arts'ın nümayəndələrindən biri olan Blake Jorgensen gələcək nəsil konsollarda-PlayStation 5 və yeni XBox konsolunda virtual gerçəkliyin daha çox olmasına baxmayaraq hard core tərzindən imtina etməyəcəklərini açıqlayıb.
Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə olduqlarını qeyd edən Jorgensen Sony'nin PlayStation 5 və Microsoft'un XBox ilə at oynadacağı bazarda Apple və Google firmalarını da görmək istədiyini qeyd edib. Hətta o bildirib ki, Apple yeni hazırladığı Apple TV ilə oyun bazarına 1 addım yaxınlaşıb.
Jorgensen PlayStation 5'in əsas strukturunu qoruyaraq virtual gerçəkliyi daha da inkişaf etdirəcəyinə inanır. Virtual gerçəklik eynəklərinin və çeşidli oyun idarəetmə mexanizmlərinin isə heç vaxt DualShock Gamepad effektini verməyəciyini iddia edib.
Paylaş
Bənzər xəbərlər