main-post-cover

    PlayStation 5-in video kartının gücü açıqlandı: Konsol çox güclü olacaq

    Elm & Texnologiya
    20.01.2020
    Nijat Hamid
            Sony bu ilin sonlarında yeni konsolu PlayStation 5-i təqdim edəcək. Yeni nəsil konsollarda güclü prosessor və video kartlardan istifadə olunub. Bu gün isə PS 5-in video kartının gücü və desktop pc tərəfində bunə ekvivalent olan video kartın adı ortaya çıxdı. PCMag tərəfindən sızdırılan məlumatlara görə PS 5-in video kartı komputer video kartları arasında ən güclülər ilə yarışa biləcək səviyyədə olacaq. 

    PS 5 konsolunda Oberon adı verilən AMD istehsalı video kart olacaq və bu video kart Nvidia RTX 2070 Super ilə eyni gücdə olacaq. Hətta ondan daha yaxşı nəticələr göstərəcəyi deyilir.

            Verilən məlumatlara görə Oberon video kartı 2.0 Ghz-ə qədər çıxa biləcək. Həmçinin 9.2 Teraflop performans dəyərinə malik olacaq. Bu da komputer tərəfində baxdığımız zaman Nvidia RTX 2070 Super video kartı ilə ekvivalent gücdə olacaq deməkdir. Hal-hazırki PS 4 Pro konsolunda isə 4.2 Teraflop dəyərlər var. PCMag qeyd edir ki, oyunlarda PS 5, RTX 2070 Super video kartından daha yaxşı nəticələr göstərəcək. Konsolun rəsmi olaraq təqdim edilməsinə uzun müddət var olduğunu nəzərə alsaq, növbəti aylarda bütün parametrləri daha dəqiq öyrənə bilərik.
    Linki kopyala