Logo
    main-post-cover

    "PlayStation oyunlarını PC-də necə oynaya bilərəm?" kimi suallara son.

    "Sony” şirkəti rəsmi olaraq PlayStation Now servisinin PC üçün də aktiv olacağını elan edib. Artıq sabahdan başlayaraq İngiltərə, Belçika və Niderland istifadəçiləri öz kompüterlərində PlayStation oyunlarını oynaya biləcəklər.

    PlayStation Now servisi vasitəsilə PC oyunçular 400-ə yaxın PS3 oyununun olduğu kolleksiyaya sahib olacaqlar. Kolleksiyadakı oyunların sayı isə mütəmadi olaraq artacaq. Siyahıya həmçinin The Last of Us, Uncharted, God of War və Killzone kimi oyunlar da daxil olacaq. Oyunları rahat oynamaq üçün oyunçulara aşağıdakı texniki göstəricilərə sahib kompüter lazım olacaq.
    Windows 7 (SP1), 8.1 və ya Windows 10
    Intel Core i3 (3.5 GHz tezlikli) / AMD A10 (3.8 GHz tezlikli) və ya daha sürətli model
    2GB və ya daha yüksək RAM göstəricisi
    300MB-a qədər HDD-ə boş yer
    Saniyədə 5Mb internet sürəti
    Bundan əlavə olaraq şirkət Windows və OS X platformaları üçün nəzərdə tutulmuş Bluetooth vasitəsilə qoşula bilən naqilsiz DualShock 4 gamepadını da anons edib. Gamepadı artıq 15 Sentyabr tarixindən əldə etmək mümkün olacaq. PlayStation Now servisinin digər ölkələr üçün aktiv olması barəsində məlumat isə bir qədər sonra paylaşılacaq.

    Paylaş
    Bənzər xəbərlər