
PlayStation VR payız aylarında gələ bilər
Elm & Texnologiya
07.05.2017
Farid
Maraqla gözlənilən PlayStation VR və Oculus Rift-in qiymətləri açıqlandığı vaxt demək olar hamımız heyrətə gəlmişdik.Yeni nəsil konsollara yaxın qiymətlə satışa çıxarılacaq hər iki konsol hələ hazırlanma prosesindəykən, PlayStation VR oyunları üzərində 400-dən çox heyətin işlədiyi SONY tərəfindən açıqlanmışdı.
Fox News'ə müsahibə verən GameStop'un icraçı direktoru Paul Raines, vergi mövsümü və oyun qaytarılması haqqında etdiyi açıqlamaları bizlərə danışarkən PlayStation VR'in satışa çıxarılış planlarını da bizlərə dedi. Həmçinin Oculus Rift və HTC haqqında da danışan Raines, GameStop'un payızda PlayStation VR'i satışa təqdim edəcəyini vurğuladı.
Bu vəziyyət haqqında Sony heç bir açıqlama etməmiş olsa da, daha əvvəl etdiyi açıqlamalarla PlayStation VR'in 2016-nın birinci rübündə satışa çıxarıla biləcəyini ifadə etmişdi. Sony-nin PlayStation VR-in çıxışını təxirə salınıb salınmadığı hələ bilinməsə də, aydındır ki, bu il PlayStation VR ilə tanış olacağıq.
Paylaş
Bənzər xəbərlər