"Sony" keçdiyimiz günlərdə təqdim etdiyi PlayStation 4 Pro və PS4 Slim modelləri xaricində təbii ki, sıx bir şəkildə PlayStation VR-ın çıxışına da hazırlanır. Bu məzmunda yeni təqdimatlar və inkişaflara imza atan firma, məhsulun demo diski üçün əhəmiyyətli bir açıqlamaya imza atdı.
Edilən açıqlamaya görə Playstation VR üçün veriləcək olan promo diskində tam 18 ədəd PS VR oyununun demosu olacaq. Bu demoların xaricində, məhsul ilə əlaqədar bəzi təqdimatlara da yer veriləcəyi ifadə edilmişdir. Ayrıca "Sony"nin Yaponiyada etmiş olduğu təqdimatda bir videosuna da yer verildi. "Xəyallar həqiqətə çevrilir" adlı bu videoya və PS VR promosunda demosu ilə birlikdə iştirak edəcək olan oyunların siyahısına aşağıdan göz ata bilərsiniz.