main-post-cover

    Poco brendi Pocophone F1-in əsl davamçısı üzərində çalışır

    Elm & Texnologiya
    07.02.2020
    Farid Pardashunas
        Xiaomi şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Poco-nun yeni smartfon modeli olan Poco X2-nin təqdimatından sonra istifadəçilər narazı qaldılar. Bəli, smartfon heç də pis olmayan texniki özəlliklərə sahibdir. Lakin istifadəçilər Poco-dan Pocophone F1 səviyyəsində smartfon gözləyirdilər. Yəni flaqman texniki özəlliklərə və aşağı qiymət göstəricisinə sahib bir smartfon. Poco brendi istifadəçilərin bu istəyini anlayır və Poco F1-in davamçısı üzərində çalışır.
        Belə ki, məşhur hindistanlı insayder Suhanshu Ambhore-nin verdiyi məlumata əsasən sözügedən brend hal hazırda məhz Poco F2 üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. İnsayder Poco F2-nin dəqiq təqdimat tarixi barəsində məlumat verməyib. Lakin o qeyd edib ki, smartfon təqribi olaraq bu ilin aprel ayında təqdim olunacaq. Smartfonun texniki özəllikləri barəsində də heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, o, yeni Snapdragon 865 prosessoru vasitəsilə çalışacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər