main-post-cover

    Poco X2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran əldə edəcək

    Elm & Texnologiya
    28.01.2020
    Farid Pardashunas
        Xiaomi-nin müstəqil şəkildə fəaliyyət göstərən Poco brendi dünən öz yeni smartfon modeli olacaq Poco X2-nin təqdimat tarixini açıqlamışdı. Bugün isə smartfonun əsas özəlliklərindən biri barəsində məlumat ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə internetdə ortaya çıxmış posterə əsasən Poco X2 smartfon modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib RealityFlow ekran əldə edəcək.
        Bu isə bir daha onu təsdiqləyir ki, Poco X2 smartfon modeli keçən ay təqdim edilmiş Redmi K30 4G-nin qlobal versiyası olacaq. Son məlumata əsasən Poco X2 smartfonu Full HD+ keyfiyyətli 6.67 düym IPS LCD ekran, Snapdragon 730G prosessoru, 6/8 GB RAM, 64 MP + 8 MP + 5 MP + 2 MP dördlü arxa kamera, 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya və NFC modul ilə təchiz olunmalıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər