
Pokemon GO Avropada yayılır. Yeni ölkələrdə rəsmi təqdim olundu
Elm & Texnologiya
08.05.2017
Pokemon GO oyunu Avropada yayılır. Oyun yeni ölkələrdə təqdim olunub.
Son günlərin ən çox danışılan oyunu Pokemon GO oyunu sürətlə yayılmaqda davam edir. Dünən çıxan bir xəbərə görə xakerlər Pokemon GO serverlərinə hücum edərək bir müddət serverlərin nasazlığına səbəb olmuşdular. İlk olaraq Amerika, Avstraliya və Yeni Zellandiyada təqdim olunan oyun qeyri-rəsmi yollarla bütün dünyada sürətlə yayılmışdı. Server tərəfəfini gücləndirən Niantic bu dəfə oyunu Belçika, İtaliya, Portuqaliya, İspaniyada rəsmi olaraq App store və Play Store-da yayımlayıb. Digər bir tərəfdən önümüzdəki həftə oyun yeni ölkələrdə təqdim olunacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...