
Pokemon GO insan ölümünə səbəb olub
Elm & Texnologiya
07.05.2017
Farid
Məşhur mobil oyun Pokemon GO oyunçuları qəribə əməllər törətməyə məcbur edirdi. Lakin bu dəfə oyun insan ölümünə səbəb oldu.
Oyunçulara öncədən təhlükəsizlik baxımından nə qədər xəbərdarlıq
edilsə belə, Yaponiyanın Tokusima şəhərində avtomobil sürücüsü sükan arxasında
Pokemon Go oynayan zaman iki piyadanı vurub. "Technote.az”ın "Bloomberg.com”
saytına istinadən verdiyi xəbərə əsasən piyadalardan biri ağır xəsarətlər alsa
da həkimlər onun həyatını qurtara biliblər. Lakin digər piyada yerindəcə
keçinib. Avtomobil sürücüsü polislərə etiraf edib ki, piyadaları Pokemon GO
oynadığı üçün görə bilməyib. Oyunun yaradıcısı "Niantic Lab.” studiyası artıq vəfat
etmiş şəxsin ailəsinə baş sağlığı verib və rıəsmi olaraq bildirib ki, hadisənin
bütün təfərrüatlarını araşdıraraq birdə bu cür hadisələrin olmaması üçün əlindən
gələni edəcək.
Paylaş
Bənzər xəbərlər