Logo
    main-post-cover

    Pokemon GO-nun gündəlik gəliri nə qədərdir?

    App Annie analitika şirkəti daha əvvəl bildirmişdi ki, 23-24 iyul tarixlərində Pokemon GO oyunu gündəlik 5 milyon dollar gəlir əldə edir.

    Technote.az-ın "Venture Beat” mənbəsinə istinadən verdiyi xəbərə əsasən mütəxəssislərin sonuncu hesabatında mobil oyun gündəlik 10 milyondan çox gəlir gətirərək yeni rekorda imza atıb. Həmin gəlir dünyadakı bütün IOS və Android platformalı cihazların göstəricilərinə əsasən təyin olunub. Pokemon GO rəsmi şəkildə bütün ölkələrdə aktiv olmasa da onun istifadəçi bazası artmaq da davam edir. Gəlirin sürətlə yüksəlməsi oyunun Yaponiya-da aktiv olmasından sonra müşahidə olunub. Belə ki, Yaponiya-da artıq hər 4-cü şəxs bu məşhur oyunu oynayır. Qeyd edək ki, daha öncə ən uğurlu oyun Puzzle & Dragons hesab olunurdu. O 2013-cü ildə Yaponiya-da fantastik dərəcədə məşhur idi. Oyunun gündəlik gəliri isə 3.75 milyon dollar təşkil edirdi. Clash of Clans, Clash Royal, Boom Beach kimi oyunların yaradıcısı olan Supercell studiyası 2015-ci ildə bu üç oyundan gündəlik 6.3 milyon dollar gəlir əldə edirdi. 
    Paylaş
    Bənzər xəbərlər