Logo
    main-post-cover

    "Pokemon GO" yaradıcısını məhkəməyə veriblər. Səbəb nədir?

    Kanada sakini Lin Şeaffer "Pokemon GO” oyununun yaradıcısı "Niantic Inc.” şirkətini məhkəməyə verib.

    İttihamda Lin qeyd edib ki, oyunun yaradıcısı oyunçular vasitəsilə onun şəxsi həyat hüquqlarını pozur. "Mən gecə saatlarında pəncərədən həyətə baxanda görürəm ki, insanlar bu oyunu oynayırlar. Bizim itlərimiz isə onlara reaksiya verərək hürürlər. Keçən həftə biz itlərimizin hürmələrinin qonşularımızı narahat etməsi barəsində hökümətdən bldiriş almışıq” – deyə qadın bildirərək şikayətlənib. Technote.az-ın "Tass.ru” saytına istinadən verdiyi xəbərə əsasən Lin Şeaffer onun evinin koordinatlarını oyundan silinməsini "Niantic Inc.” şirkətindən tələb edib.
    Paylaş
    Bənzər xəbərlər